İstifadə qaydaları
nomreler.az nömrə elanları platformasıdır: satıcılar və mağazalar nömrələrini yerləşdirir, alıcılar isə sifariş verib satıcı ilə əlaqə saxlayır. Saytdan istifadə etməklə aşağıdakı qaydalarla razılaşmış olursunuz.
Hesab
- Hesab telefon nömrəsi və təsdiq kodu ilə yaradılır.
- Bir şəxsə məxsus çoxsaylı saxta hesabların yaradılması qadağandır.
- Hesabınızdan edilən bütün əməliyyatlara görə məsuliyyət sizin üzərinizdədir.
Elan qaydaları
- Yalnız sizə məxsus olan və ya satışına səlahiyyətiniz olan nömrəni yerləşdirin.
- Qiymət və kredit şərtləri dəqiq göstərilməlidir.
- Eyni nömrəni təkrar yerləşdirmək, yanıldıcı məlumat vermək qadağandır.
- Qaydaları pozan elanlar xəbərdarlıq edilmədən silinə bilər.
Sifariş
- Sifariş saytda razılaşma üçün göndərilir və satıcı ilə əlaqə yaradır. Satış satıcı təsdiq etdikdən sonra tamamlanır.
- Hazırda ödəniş saytda alınmır, ödəniş qaydası alıcı və satıcı arasında razılaşdırılır.
- Kredit planı nömrə səhifəsində göstərilən ilkin ödəniş və müddət üzrə hesablanır.
Mağazalar
- Mağaza profili ödənişsiz açılır, paketə uyğun elan limiti tətbiq olunur.
- Mağaza öz profilindəki məlumatların və story videolarının məzmununa görə məsuliyyət daşıyır.
Məsuliyyət
Sayt vasitəçi platformadır. Elanların məzmununa, satıcı ilə alıcı arasındakı razılaşmalara və operator qaydalarına görə sayt administrasiyası məsuliyyət daşımır.
Dəyişikliklər
Qaydalar yenilənə bilər. Yeni versiya bu səhifədə dərc edildiyi andan qüvvəyə minir.
Son yenilənmə: 06.10.2026